Zelenski canlı yayımda Türkiyəyə təşəkkür etdi

13:19 9 Dekabr 2022

Ukrayna lideri Vladimir Zelenski canlı yayımda Türkiyəyə təşəkkür edib. TRT World Forum 2022-də iştirak edən Vladimir Zelenski, prezident Ərdoğanın xüsusilə məhbus mübadiləsi sazişində yardımçı olduğunu bildirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, TRT World Forum 2022-yə videokonfrans vasitəsilə canlı qoşulan Ukrayna lideri Vladimir Zelenski dünyaya müraciət edib.

"Rusiya dünyaya Ukraynanın əhəmiyyətini göstərdi" deyən Zelenski, işğalın başlaması ilə ortaya çıxan ərzaq böhranının qlobal nəticələrə səbəb olduğunu söylədi.
Ukrayna taxılının dünyaya çatdırılmasını təmin edən taxıl müqaviləsində Türkiyənin rolunu bir daha vurğulayan Vladimir Zelenski, prezident Rəcəb Tayyib Ərdoğanın əsir mübadiləsində xüsusilə yardımçı olduğunu vurğulayaraq, “Çox minnətdarıq” deyib. 

Ukrayna lideri sözlərini “Dəstəyinə görə Türkiyəyə təşəkkür edirəm, yaşasın Ukrayna” sözləri ilə bitirib.

Hülya,

Sitat.info



Xəbər xətti