"Qərb Ukraynanı müstəmləkəyə çevirib və Ukrayna xalqından top yemi kimi istifadə edir" - Putin

13:38 9 Dekabr 2022

Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib, Ukrayna xalqından Rusiyaya qarşı top yemi  kimi istifadə edirlər.

Sitat.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin cümə günü ŞƏT və MDB-yə üzv dövlətlərin müdafiə idarələri rəhbərlərinin iclasında videomüraciətində deyib.

"Bir neçə ildir ki, Qərb həyasızcasına  resursları mənimsədi və istismar etdi, Donbassda soyqırımı və terroru təşviq etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi və indi Ukrayna xalqından kinli şəkildə top yemi kimi istifadə edir.

Rusiyaya qarşı döyüşmək üçün muzdlular, silah və sursat göndərməklə, Ukraynanı intihar yoluna sürükləyir”, - Rusiya lideri bildirib.

Putin qeyd edib ki, müasir Ukraynada baş verən hadisələr ABŞ-ın nəyin bahasına olursa-olsun dünyada öz hökmranlığını saxlamaq istəyinin dəhşətli nəticələrini əks etdirir.

"Mən əminəm ki, müasir təhdidlərin xarakteri və miqyası müdafiə idarələri sahəsində əməkdaşlığımıza artan tələblər qoyur", - Rusiya Federasiyasının Prezidenti iclas iştirakçılarına müraciət edərək əlavə edib.

Nərgiz,

Sİtat.info



Xəbər xətti