ABŞ Putini yeni sanksiyalar paketi ilə vuracaq - Wall Street Journal

14:36 9 Dekabr 2022

ABŞ Putini yeni sanksiyalar paketi ilə vuracaq. SanksiyalarIa Rusiyanın ABŞ-ın yurisdiksiyası altında olan bütün aktivləri donduracaq və ABŞ-a səyahət və ticarət  qadağan ediləcək

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda ABŞ təcavüzkar ölkəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Yaxın vaxtlarda sanksiyaların tətbiq ediləcəyi gözlənilir.

Sitat.info “The Wall Street Journal”a istinadən yazır ki, söhbət Rusiyanın Ukraynada İran pilotsuz təyyarələrindən istifadəsinə görə sanksiyalardan və insan haqlarının pozulmasından gedir.

 Bundan əlavə, İran hərbi pilotsuz təyyarələrinin Ukraynadakı hədəflərdə istifadə üçün təhvil verilməsi ilə bağlı Rusiyanın müdafiə sənayesi müəssisələrinə də sanksiyalar tətbiq olunacaq.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti