Avropa İttifaqı 2023-cü ildə Avropa Sülh Fonduna maliyyəni 2 milyard avro artıracaq.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı ölkələri Ukrayna da daxil olmaqla silah tədarükünün maliyyələşdirilməsi üçün Avropa Sülh Fondunun büdcəsini 2 milyard avro artırmağı planlaşdırır.
ASF 2021-ci ilin martında münaqişələrin qarşısının alınması və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi imkanlarını artırmaq məqsədi ilə yaradılmışdır. Əvvəlcə fonda 2021-2027-ci illər üçün təxminən 5,7 milyard avro ayrılması planlaşdırılırdı.
Agentliyin məlumatına görə, fondun yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb və Aİ Kiyevə dəstəyini davam etdirmək niyyətindədir.
Qeyd olunur ki, Aİ ölkələrinin xarici işlər nazirləri bu sənədi dekabrın 12-də Brüsseldə keçiriləcək görüşdə imzalaya bilərlər. Əgər o vaxta qədər yekun qərar qəbul olunmasa, Avropa liderləri gələn həftənin sonunda məsələyə baxa bilərlər.