Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib, Ukrayna xalqından Rusiyaya qarşı top yemi kimi istifadə edirlər.
Sitat.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin cümə günü ŞƏT və MDB-yə üzv dövlətlərin müdafiə idarələri rəhbərlərinin iclasında videomüraciətində deyib.
"Bir neçə ildir ki, Qərb həyasızcasına resursları mənimsədi və istismar etdi, Donbassda soyqırımı və terroru təşviq etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi və indi Ukrayna xalqından kinli şəkildə top yemi kimi istifadə edir.
Rusiyaya qarşı döyüşmək üçün muzdlular, silah və sursat göndərməklə, Ukraynanı intihar yoluna sürükləyir”, - Rusiya lideri bildirib.
Onun fikirlərini təhlil edən siyasi şərhçi Tural İsmayılov da Sitat.info-ya açıqlamasında vurğuladı ki, şübhəsiz ki Qərb Ukraynanın özünün ucuz siyasi ambisiyaları üçün istismar edir: "Eyni zamanda Ukraynada vəziyyətin bu həddə olmağında Qərbin danılmaz günahı var. İmperialist dairələr Ukrayna cəbhəsində sakitliyin hökm sürməsini əsla qəbul edə bilmirlər. Onlar hesab edirlər ki, Ukraynanın qızışdırmaqda Rusiya aqressiyasını daha da artıracaqlar. Faktiki baş verənlər göstərir ki, bu yemə Rusiya daha həvəslə tullanır. Qərbin ssenariləri uğurla davam edir. Rusiya daha çox zəifləyir, Ukrayna isə tar-mar edilir".
T.İsmayıl qeyd etdi ki, Ukraynanın indi Qərblə münasibətlər sistemindən də narazılığı göz önündədir: " Ukrayna ona edilən vədlərin yerinə yetirilmədiyini görür. Ukraynanı aldadaraq rəngli inqilablar gerçəkləşdirənlər indi Ukraynanın Qərb təsisatlarına inteqrasiyasına əngəl olur".
Hülya Mirzəyeva,
Sitat.info