Zeytun yağına limon sıxıb içsəniz... - Bu yazını oxuyan dərhal mətbəxə keçir...

16:12 9 Dekabr 2022

Maye qızıl olaraq tanınan  zeytun yağının və güclü antioksidant olan limonun ayrı- ayrılıqda bir çox faydası var. Ancaq bu ikisi bir araya gəldikdə şəfa mənbəyinə çevrilirlər. Dərmanlar qədər təsirli olan bu qarışıq əsrlərdir istifadə olunur. Orqanizmi xəstəliklərdən qoruyan və müqaviməti gücləndirən zeytun yağı lilə imon qarışığının faydalarını eşidənlər mətbəxə qaçacaq. 
Amerikada aparılan bir araşdırmada zeytun yağı və limon qarışığının bədəndəki bütün zəhəri çıxardığı aydın olub. Zeytun yağına  bir neçə damcı limon əlavə edilib acqarına içildikdə edildikdə, qaraciyərdəki zəhəri çıxarmaqla yanaşı, həzm sistemini də təmizləyir.

Zeytun yağı limon qarışığı sizi Alzheimer xəstəliyindən və zehni depressiyadan qorumağa kömək edir. Yaddaşı gücləndirir və depressiya riskini azaldır.  Daha sağlam və dinc bir həyat üçün özünüzə bir yaxşılıq edin və ac qarnına zeytun yağı ilə  limon qarışığını için. 

Zeytun yağının tərkibindəki biofenollar olduğundan qəbizlik problemi olanlar üçün şəfa mənbəyidir. Bu şəfa mənbəyinə limon əlavə etsəniz, limonun tərkibindəki c vitamini və antioksidanlar sayəsində həzm sisteminiz daha sağlam olar. Xüsusilə səhərlər acqarına içilən zeytun yağı-limon qarışığı həm həzmi rahatlaşdırır, həm də öd kisəsi və qaraciyərə faydalıdır. Bədənimizin laboratoriyası olan qaraciyərinizin sağlamlığını zeytun yağı və limon suyu qarışığı ilə qoruya bilərsiniz.

Zeytun yağı ilə limon qarışığı yüksək insulin müqavimətini tarazlaşdırdığı üçün anormal qidalanma ehtiyacını aradan qaldırır və beləliklə daha asan arıqlamanıza kömək edir. Piylənmə şikayəti olanlar hər səhər acqarına bir çay qaşığı zeytun yağı və limon qarışığı içərək zəifləyə bilərlər.Lakin limonun tərkibindəki antioksidantlar immunitet sisteminin güclənməsinə dəstək olur.

Zeytun yağında olan sağlam yağ turşuları qanınızdakı lipid səviyyəsini tarazlaşdırır. Və limonun tərkibindəki C vitamini sayəsində xolesterin səviyyəsi balanslaşdırılır. Bu sayədə trigliserid və pis xolesterin səviyyələri azalır və ürək-damar sağlamlığınızın qorunmasına dəstək olur.Zeytun yağı-limon qarışığı pis xolesterin olan LDL-ni aşağı salır, yaxşı tip xolesterin olan HDL-ni yüksəldir və xolesterol şikayətlərini aradan qaldırır.

Zeytun yağının tərkibindəki E vitamini və biofenollar limonun tərkibindəki C vitamini ilə birləşdirildikdə dəri üçün gözəl bir qarışıq yaranır. Bu qarışığı dərinizə tətbiq etsəniz, dəriniz nəmlə doyacaq və qırışlar azalacaq. Daha gənc görünmək üçün bu qarışığı dərinizə çəkməyi unutmayın.
 Nərgiz,

Sitat.info



Xəbər xətti