"Müharibə başlayandan bəri danışıqlar davam edir. Hazırda da dəfələrlə müxtəlif səviyyələrdə danışıqlar aparılır. Ukraynanın tələbləri beynəlxalq hüquq normalarına uyğundur. Rusiya öz qoşunlarını çıxartmalıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Asim Mollazadə İstanbulda keçirilən ABŞ -Rusiya diplomatlarının görüşlərini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, ABŞ diplomatlarının apardığı danışıqlar yalnız Rusiya öz ordusunu geri çəkdikdən sonra hansısa nəticə verə bilər: "Ondan sonra müxtəlif mövzularda danışıqlar gedə bilər. Rusiya bunu etməsə Ukrayna xalqı işğalla barışmayacaq, öz müstəqilliyini və torpaqlarını itirmək istəməyəcək. Onun üçün də ABŞ bu prosesdə sadəcə Rusiyaya anlada bilər ki, Ukrayna xalqı azadlığı uğrunda hər bir problemlə üzləşməyə, mübarizəyə hazırdır".
"Ukrayna xalqı öz azadığını ABŞ, Avropa Birliyi, NATO - kimin əli ilə olsursa olsun müdafiə etməyə hazırdır. Bu səbəbdən mən hazırda gedən danışıqlardan nəticə gözləmirəm". -deyə Asim Mollzadə vurğulayıb.
Məğrur,
Sitat.info