Cənubi Koreyadan növbəti dəfə Ukraynaya humanitar yardım göndərilib.
Sitat.info xəbər verir ki, Cənubi Koreya XİN-dən verilən açıqlamada Kiyevə 100 ton əlavə humanitar yardımın veriləcəyi bildirilib.
Belə ki, generatorlar, uşaq peyvəndləri, tibbi cihazlar və təcili yardım ləvazimatlarından ibarət yardım dekabrın 25-də yola salınacaq.
Rusiya prezidenti Vladimir Putin ötən ilin oktyabrında demişdi ki, Cənubi Koreya Ukraynaya silah və sursat verərsə, Seul-Moskva münasibətləri sarsılacaq.
Cənubi Koreya prezidenti Yoon Suk-Yeol isə Ukraynaya silah göndərmədiklərini, əksinə humanitar yardım etdiklərini ifadə edərək, dünyadakı bütün ölkələrlə, o cümlədən Rusiya ilə sülh və möhkəm əlaqələr qurmaq üçün səy göstərdiklərini deyib.
Seymur,
Sitat.info