ABŞ Putini yeni sanksiyalar paketi ilə vuracaq

18:26 9 Dekabr 2022

Sanksiyalar ABŞ-ın yurisdiksiyası altında olan bütün aktivləri donduracaq və ABŞ-a səyahət və onunla iş aparmağı qadağan edəcək.

Sitat.info xəbər verir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda ABŞ işğalçı ölkəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Sanksiyaların yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir.

“The Wall Street Journal” yazır ki, söhbət Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadəsinə qarşı sanksiyalardan və insan haqlarının pozulmasından gedir.

Materialda qeyd edildiyi kimi, sanksiyalar ABŞ-ın yurisdiksiyasında olan bütün aktivləri donduracaq və Birləşmiş Ştatlara səyahət və onunla işgüzar əlaqələri qadağan edəcək. Bundan əlavə, Ukraynadakı hədəflərdə istifadə olunacaq İran hərbi pilotsuz təyyarələrinin təhvil verilməsi ilə bağlı Rusiya müdafiə sənayesi təşkilatlarına da sanksiyalar tətbiq olunacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti