"Amerika silah dəstəyini dayandırsa Ukrayna gec-tez məğlub olacaq" - Əhəd Məmmədli

18:33 9 Dekabr 2022

"Gələn ilin mart-aprel aylarında Amerikanın müdaxiləsi ilə Rusiya-Ukrayna danışıqları başlayacaq".

Bu fikirləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanının müavini Əhəd Məmmədli deyib. 

Zamex.az - da yeni fürsətlər...

​​​​​​​

O qeyd edib ki, artıq Türkiyədə Amerika və Rusiyanın əks kəşfiyyat rəhbərlərinin görüşü bu istiqamətdə atılan addımdır: "Ümumiyyətlə Türkiyə vasitəsilə iki dəfə Amerika və Rusiya rəsmiləri görüş keçiriblər. Sanksiya ilə bağlı bəzi məqamlar var, artıq dünya qlobaldır, müasirdir. Hər hansı ölkəyə qarşı sanksiya tətbiq edildikdə sadəcə həmin ölkəyə deyil, bu bir neçə ölkəyə təsir edə bilir. Nümunə olaraq Rusiyaya qarşı sanksiyanın tətbiqi ilə Amerikada benzin qiymətlərinin yüksəlməsini,  Avropanın enerji böhranı ilə üz-üzə qalmasını göstərə bilərik".

Ə.Məmmədli vurğuladı ki, bu məsələ artıq dünya ölkələrini yormağa başlayıb: "Çox güman ki, mart-aprel aylarında danışıqlar başlanacaq və atəşkəs elan ediləcək. Ola bilər ki, buna Ukrayna tərəfi etiraz etsin, lakin bu olan təqdirdə heç kəsə sirr deyil ki, Urkaynanın hazırki dirənişi məhz Amerika və Böyük Britaniyanın silah dəstəyinin hesabınadır. 

Təbii ki, Ukrayna xalqının, ordusunun qəhrəmanlığını inkar etmək olmaz, amma silah dəstəyi verilməsə Ukrayna Rusiyaya bu qədər tab gətirə bilməzdi. Unutmaq olmaz ki, Ukrayna tərəfindən Qərbin muzdlu əsgərləri də savaşır". 

Siyasi şərhçi vurğuladı ki, Urkayna bu məsələyə qarşı çıxsa və  Amerika silah dəstəyini dayandırsa Ukrayna gec-tez məğlub olacaq: "Nəticədə məcbur qalıb müqavilə imzalayacaq. Bu isə Zelenski iqtidarının itirilməsi və Ukraynada yeni hakimiyyətim başçılığı altında baş verə bilər. Bu məsələdə Zelenski iqtidarının münasibəti bizə gələcək gedişatı açıq şəkildə görməyə şərait yaradacaq". 

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti