Azyaşlılar arasında qəfil ölümün səbəbləri: Bu əlamətlərə diqqət edin...

19:04 9 Dekabr 2022

Azyaşlı uşaqlar arasında infarkt riski valideynləri narahat edən məsələdir. Mütəxəssislər hesab edir ki, proses qeyri-sağlam qidalanma ilə başlayır, uşaqda piylənmə gedir. Bu, uşaqlar infarkt keçirə bilər.

Sitat.info xəbər verir ki, əslində ürək böhranı dedikdə ağlımıza orta və irəli yaşlar gəlir. Amma ekspertlər xəbərdarlıq edir. Uşaqlarda infarkt nəticəsində qəfil ölüm baş verə bilər.

Uşağınız həmyaşıdlarınızdan əvvəl yorulurmu? Çətin və sürətli nəfəs alırmı? Bu cür simptomlar uşağınızda müəyyən xəstəliklərin siqnalı ola bilər.

Uşaqlarda ani ölümün səbəbi genetik xəstəliklərdir. Bu ürək əzələsinin iltihabı və ya digər hüceyrə problemlərinə görə qəfil ürək dayanması ilə bağlı ola bilər. İltihab bütün damarlarda sistemi poza bilər və ürək-damar tıxanıqlığına və ani ürək dayanmasına səbəb ola bilər. Ailədə qəfil ölüm varsa, həkimə müraciət etmək faydalı olardı. Qidalanmaya fikir vermək və enerji içkilərindən qaçmaq riski azaldacaq ”. 

Sevinc,

Sitat.info



Xəbər xətti