Gələn il bunları parlamentdən təmizləyəcəyik - Ərdoğan

18:58 10 Dekabr 2022

Xaricdə Türkiyənin düşmənlərinin, daxildə də onların kuklalarının tələsini pozacağıq.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyənin terrorizmə qarşı mübarizəsi qətiyyətli şəkildə davam edir. Terror təşkilatları üzərindən bizim qarşımızı kəsməyə çalışdılar. Ancaq Türkiyə buna boyun əymədi. Biz terrorçuların yuvalarına girib onları məhv edəcəyik. Hazırda Türkiyə parlamentində terror təşkilatının dəstəkçiləri var. 2023-cü ildə bunları parlamentdən təmizləyəcəyik”, - Türkiyə lideri bildirib.



Xəbər xətti