Estoniyanın baş naziri Kaya Kallas müttəfiq ölkələri Rusiyanın tammiqyaslı hərbi təcavüzündən qorumaq üçün Ukraynaya lazım olan silahların tədarükünü artırmağa çağırıb.
Bu barədə Sitat.info “DW”yə istinadən xəbər verir.
“Mən bütün müttəfiqləri, o cümlədən Almaniyanı Ukraynaya özünü müdafiə etmək üçün lazım olan hər şeyi göndərməyə çağırıram” - deyə, o bildirib.
Kallas vurğulayıb ki, Ukraynaya silah tədarükünün sürətləndirilməsi mülki insanlar arasında qurbanların sayının artmasının qarşısını alacaq:
“Əgər bütün müttəfiqlər yanvar və ya fevral aylarında silah göndərsəydilər, çoxlu insan həyatını xilas edə bilərdilər”.