İranda daha bir etirazçı edam olundu

10:22 12 Dekabr 2022

İranda aksiyalar zamanı həbs olunan daha bir etirazçı edam edilib.

“Sitat.info” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Məcidrza Rəhnəvərd Məşhəd şəhərində ictimaiyyət qarşısında dar ağacından asılaraq edam olunub.

Məlumata görə, Rəhnəvərd noyabrın 17-si Məşhəddə təhlükəsizlik qüvvələrinin iki əməkdaşını qətlə yetirməkdə, daha 4 nəfəri isə yaralamaqda ittiham olunub.

Xatırladaq ki, bu, İranda sentyabr ayından davam edən aksiyalar çərçivəsində edam olunan ikinci etirazçıdır. İlk edam olunan etirazçı isə Möhsen Şakiri adlı gənc olub.

 

/Qafqazinfo



Xəbər xətti