Sülhməramlılar əyyaşlığa gəliblər, əxlaqsızlıqla məşğuldurlar" - Üzeyir Cəfərov SƏRT DANIŞDI

15:34 12 Dekabr 2022

"Azərbaycan ictimaiyyət nümayəndələri, rəsmiləri hazırda baş verən məsələnin üzərinə çoxdan getməli idilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. O

Onun sözlərinə görə, biz faktiki olaraq Qarabağı rus sülhməramlısı adı altında fəaliyyət göstərən bir qrup başıpozuq dəstənin ixtiyarına vermişik. 

"Onlar da seperatçılarla çox mehriban, isti münasibət qurublar. Bu gün etirazçıların qarşısına çıxmayan komandan, general Volkov yəqin ki, dünənki gündən hələ də ayılmayıb. Onun etirazçıların qarşısına çıxartdığı yüksək rütbəli zabitin bərbad görüntüsünü hər kəs gördü. Dəfələrlə demişəm ki, onlar ora əyyaşlığa, sərxoşluğa gəliblər. Onlar  əxlaqsızlıqlarla məşğuldurlar. Ermənilər öz tərbiyələrini onlara da ötürüblər".

Üzeyir Cəfərov hesab edir ki,  Azərbaycan rəsmiləri də bu məsələyə münasibət bildirəcəklər: "Əliyalın insanların qarşısına pulemyotla, minaatanlarla çıxan Rusiya sülhməramlıları Azərbaycan jurnalistlərinin xidməti avtomobillərinə də xəsarət yetiriblər. Onlar orada çox sayğısızlıqlar nümayiş etdiriblər. "Bu gün dünyada 20-ə yaxın sülhyaratma missiyası var. Onlardan 13-ü BMT mandatı altında, 7-si isə bu mandatdan kənardadır. Başıpozuq dəstə də mandatdan kənarda guya "sülhyaratma" qurumudur.

Görünür ki, onlar Qarabağa bizneslərini genişləndirmək üçün gəliblər və əllərində olan imkanlarla Moskvaya da ənamlar verirlər. Oradakı faydalı qazıntıların danışıb satılmasında iştirak etdikləri məlumdur. Azərbaycanlıların səbri elə bir səviyyəyə gəlib çatıb ki... İnsanlar hiddətlə tələb edirdilər, amma özündə kişilik və cürət tapıb etirazçıların qarşısına çıxmayan Volkovun bundan sonra nə edəcəyi maraqlıdır. Azərbaycan artıq Rusiya sülhməramlılarının bölgədən çıxarılması tələbini səsləndirməlidir. Bundan çəkinmək lazım deyil. Onlar heç vaxt sülhməramlı olmayıb və bundan sonra da olmayacaqlar. Onlar sırf erməni maraqlarını təmin etmək üçün gəliblər". 

Ü.Cəfərov əlavə etdi ki, nə qədər həqiqətə uyğun olduğu bilinməsə də, oradan uzaqlaşdırılan erməni hərbçiləri görünür hazırda sülhməramlıların əlaltılarıdır və onların da fəaliyyətindən kifayət qədər istifadə edirlər: "Bir sözlə Azərbaycan bu gedişata son qoymasa bizim çox başımız ağrıyacaq. Təəssüflər olsun ki, biz hələ də Rusiyanın hansısa bir səmimiyyətinə və ya sülhyaratma missiyasına inanaraq belə rəzil bir vəziyyətlə üz-üzə qalırıq".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti