Avropa İttifaqı Komissiyası Türkiyənin şərq sərhədində nəzarəti yaxşılaşdırmaq üçün 220 milyon avro dəstək verəcəyini açıqlayıb.
Sitat.info-nun məlumatına görə, Avropa İttifaqı Komissiyasından verilən açıqlamada, bu gün təsdiqlənən 220 milyon avroluq yekun paketlə Aİ-nin Türkiyədəki qaçqınlar və sərhəd idarəçiliyi proqramlarına verdiyi dəstəyin 2022-ci ildə 1,2 milyard avroya çatdığı bildirilib.
Qeyd edilib ki, bu vəsaitlər 2021-2023-cü illər üçün Türkiyədə sığınacaq axtaran şəxslərə Aİ-nin yardımı üçün 2021-ci ilin iyununda elan edilmiş əlavə 3 milyard avroluq paketin bir hissəsidir.
Aİ Komissiyasının qonşuluq və genişlənmədən məsul üzvü Oliver Varhelyi deyib:
“Bu yardım paketi Aİ-nin sığınacaq axtaranlara ev sahibliyi etmək və qeyri-qanuni miqrasiya axını ilə mübarizədə Türkiyə ilə əməkdaşlıq öhdəliyini yerinə yetirməyə davam etdiyini göstərir”.
/Manset.az