İrandan Aİ dövlətlərindəki təşkilat və şəxslərə qarşı SANKSİYA QƏRARI

17:53 12 Dekabr 2022

İran Avropa İttifaqı ölkələrində 5 quruma və 10 şəxsə qarşı sanksiya tətbiq edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir. 

Açıqlamada sanksiya qərarı belə izah edilib: "Sanksiyalar ölkədə terroru  qəsdən dəstəkləmək, terrora və zorakılığa təhrik etmək kimi səbəblərdən tətbiq edilir".

Sanksiyaya məruz qalan qurumlar arasında Çexiyada fəaliyyət göstərən Radio Ferda, Hollandiyada yerləşən Radio Zamane və Fransız Charlie Hebdo jurnalı və digərləri də var. 

Açıqlamada sanksiya siyahısına daxil edilən şəxslər aşağıdakı kimi göstərilib:

Sanksiyalar viza qadağası, onların İrana girişinə qadağa qoyulması və İrandakı var-dövlətlərinin müsadirə edilməsini əhatə edir. 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti