Polşa Rusiya ilə sərhədində təhlükəsizlik tədbirlərini gücləndirir. Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində 199 kilometr uzunluğunda elektron sədd çəkməyə qərar verən Polşa bu baryer üçün milyonlar xərcləyəcək.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, elektron maneə sistemi bütün hərəkətləri qeydə alan sensorlar sayəsində vəziyyətin hərtərəfli mənzərəsini təqdim edəcək, ərazi və hava şəraitindən asılı olmayaraq məlumatı davamlı olaraq ötürəcək bk
Noyabrın əvvəlində Polşa Yaxın Şərqdən uçuşların başlaması ilə əlaqədar qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Kalininqrad sərhəddində 2,5 metr hündürlükdə və 3 metr enində 3 sıra ülgüc məftilindən hörmüşdü. Keçən il isə Belarus üzərindən Polşaya qeyri-qanuni miqrasiyanın artması səbəbindən Belarusla 186 kilometrlik sərhədində polad divar inşa etmişdi.
Sevinc,
SİTAT.İNFO