Separatçılar sülhməramlıları pulla bəsləyir? - Politoloq ŞÜBHƏLƏRİNİ dilə gətirdi

12:46 13 Dekabr 2022

Məlum olduğu kimi, Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı davam edir. Azərbaycanlı ekoloqların bu ərazilərdə monitorinq aparmaq cəhdinin qarşısı sülhməramlılar tərəfindən alındı. Bunun ardınca isə məlum aksiya başladı. Bəs əgər bu yataqları istismar edən ermənilərdirsə, sülhməramlıların bizim qarşımızı kəsməkdə marağı nədir? Onların burada hansı mənfəəti var?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran politoloq Elxan Şahinoğlu vurğuladı ki, erməni separatçılarının sülhməramlıları pulla ələ alması ehtimalı böyükdür: "Moskva Xocalı soyqırımından sonra bölgədə müharibənin genişlənəcəyi təhlükəsinə görə Qarabağdakı mənfur 366 hərbi briqadanı bölgədən çıxarmağa qərar verdi. O zaman hadisəni yerindəcə izləyən rusiyalı jurnalistlərdən biri hərbi briqadaya komandanlıq edənlərin və onların xanımlarının maşınlarında pul və zinnət aşyaları daşımalarının şahidi olmuş və bunu qələmə almışdı. Qarabağdakı rusiyalı hərbçilər iki yolla varlanırdılar. Birincisi, rusiyalı hərbçilər erməni separatçılarla birgə işğal etdikləri ərazilərdə azərbaycanlıların evlərini yağmalayırdılar, ikincisi separatçılar onlara verilən dəstəyə görə rusiyalı zabitlərə dünyadakı erməni lobbisindən aldıqları pullarla bölüşürdülər".

Politoloqun fikrincə, hazırki vəziyyət də oxşar prosesdən xəbər verir: "Kim zəmanət verə bilər ki, erməni separatçıları yenə eyni taktikadan istifadə etmirlər? Separatçılar erməni lobbisindən aldılqarı puldan rusiyalı hərbi kontingentin rəhbərliyi və zabitləri ilə bölüşür, Azərbaycana aid yataqların qanunsuz istismarından əldə edilən gəlirdən onlara pay verirlər. Azərbaycanlı məmurların yataqlarda monitorinq aparmasına yaradılan əngəlin səbəblərindən biri də budur. Rusiya Ukrayada işğal etdikləri ərazilərdə taxılı yağmaladığı kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır".

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti