Putin ilin yekun mətbuat konfransını keçirməyəcək. Bu isə o deməkdir ki, Putin son 10 ildə ilk dəfə olaraq televiziyada jurnalistlərin sualları vasitəsilə ilin qiymətləndirməsini və gələn il üçün planlarını açıqlamayacaq.
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu haqda məlumat verib.
"Böyük mətbuat konfransı haqqında bunu deyə bilərəm ki, bu, ilin əvvəlindən tez olmayacaq"
Güman edilir ki, Putinin mətbuata danışmaq üçün başqa fürsət tapacaq və geniş konfransdan yayınacaq.
Qeyd edək ki, ötən il ənənəvi il sonu toplantısına həm rusiyalılardan, həm də əcnəbilərdən onlarla jurnalist dəvət olunmuşdu. Konfrans saatlarla davam etmiş və səs-küy salmışdı.
Bu görüşlərdə Putin rusların gündəlik problemlərindən tutmuş dünya səhnəsindəki diplomatik problemlərə qədər bir çox sualları cavablandırırdı.
Səid,
SİTAT.İNFO