İŞİD Əfqanıstanda Çin otelinə hücuma görə məsuliyyəti üzərinə götürüb

15:09 13 Dekabr 2022

İŞİD bazar ertəsi Əfqanıstanın paytaxtı Kabildə Çinə məxsus otelə silahlı və bombalı hücumun məsuliyyətini üzərinə götürüb.

Sitat.info xəbər verir ki, İŞİD sosial media hesablarından Kabilin Nev bölgəsində Çin otelinə edilən hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.

“Bizim iki üzvümüz diplomatların tez-tez ziyarət etdiyi və “Kommunist Çin”ə məxsus olduğu üçün bu oteli hədəfə alıblar”, - bəyanatda deyilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti