Avropa İttifaqına üzv dövlətlər Macarıstana veriləcək 6,3 milyard avroluq Birlik vəsaitinin dayandırılması və ölkəyə koronavirusun iqtisadi nəticələrinə qarşı ümumilikdə 5,8 milyard avro qrant almasına imkan verəcək xilasetmə planını təsdiqləmək qərarına gəliblər.
Sitat.info-nun məlumatına görə, Avropa İttifaqı Şurası üzv dövlətlərin nümayəndələrinin Aİ büdcəsini qanunun aliliyinə bağlayan mexanizm çərçivəsində Macarıstana veriləcək vəsaitlərin vəziyyəti və Macarıstanın xilasetmə planının qiymətləndirilməsi ilə bağlı qərarlar qəbul etdiyini açıqlayıb.
Zamex.az -da yeni fürsətlər...
“Macarıstan qanunun aliliyi bənd mexanizmi çərçivəsində yalnız məhdud düzəldici tədbirlər gördüyü üçün Şura 6,3 milyard avronun dayandırılmasına qərar verib”.
Üzv dövlətlərin İttifaqın büdcəsinin qorunması ilə bağlı qərarın ixtisaslı səs çoxluğu ilə qəbul edildiyinə diqqət çəkilərək, Macarıstanın dövlət satınalmaları, araşdırma prosedurları və korrupsiya ilə mübarizə kimi sahələrdə problemlərinin olduğu qeyd edilib.
/Manset.az