Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı qarşıdan gələn Milad bayramı ilə əlaqədar qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb. Zelenski qeyd edib ki, indi Moskvadan xəbər gözləyəcəklər.
Ukrayna prezidenti Vladimir Zelenski 7 ölkələrinin liderlərinin iştirakı etdiyi onlayn iclasda iştirak edib.
Sitat.info xəbər verir ki, ölkəsində aylardır Rusiyaya qarşı müharibənin davam etdiyini deyən Zelenski Ukraynaya hərbi, sosial və maliyyə yardımı etdikləri üçün G7 ölkələrinə minnətdar olduqlarını qeyd edib.
"Müharibə davam edərkən Ukraynanın güclü həmrəyliyə ehtiyacı var. Hamınızdan gələn il də həmrəyliyi davam etdirməyi xahiş edirəm. Rusiya təcavüzünü davam etdirir və buna görə də Ukraynaya dəstəyi davam etdirmək lazımdır”.
"Rusiya Ukraynadan daha çox raket və artilleriya sistemlərinə sahibdir. Ona görə də, Ukraynaya silah yardımının artırılması lazımdır. Ukraynanın müasir tanklara, daimi artilleriya sistemlərinə, silahlara və mərmi dəstəyinə ehtiyacı var və mən sizdən bu müdafiə imkanını təmin etməyinizi xahiş edirəm".
Rusiyanın ölkəsinə qarşı hücumlarını danışıqlar yolu ilə dayandırmaq üçün də səy göstərdiklərini bildirən Zelenski, qısa müddət əvvəl İndoneziyada keçirilən G20 Sammitində sülh üçün 10 maddədən ibarət “Ukrayna Formulası”nı təklif etdiyini xatırladıb: "Ukraynanın təklif etdiyi bəndləri necə və nə vaxt həyata keçirə biləcəyimizə qərar vermək üçün xüsusi sammit, Qlobal Sülh Formulası Sammiti təşkil etməyi təklif edirəm. Rusiya da konkret həll prosesi üçün lazımi addımları atmalıdır. Yaxın günlərdə bütün dünyada Milad bayramı qeyd ediləcək. Rusiyanı bayram günlərində ordusunu Ukraynadan çıxarmağa çağırıram. Bu (Milad bayramı) normal insanların aqressiya deyil, sülh haqqında düşündüyü vaxtdır. Mən təklif edirəm ki, Rusiya ən azı təcavüzdən əl çəkə biləcəyini sübut etməyə çalışsın. Rusiya qoşunlarının beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisindən çıxarılmasına bu Milad bayramında başlamaq düzgün olardı. Əgər Rusiya qoşunlarını Ukraynadan çıxarsa, münaqişənin etibarlı şəkildə dayandırılmasına nail olunacaq”.
Rusiyaya təklif etdiyi həll formulu yerinə yetirilərsə, sülhə nail olmağın mümkün olduğuna inandığını ifadə edən Zelenski, indi Moskvadan xəbər gözləyəcəklərini qeyd edib.
Sevinc,
SİTAT.İNFO