Xankəndiyə girmək lazımdır, bayrağımız orada dalğalanmalıdır - Siyasi şərhçi

16:40 13 Dekabr 2022

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin və könüllülərin Şuşada Xankəndi yolunun üstündə keçirdikləri aksiya artıq ikinci gündür ki, davam edir və 1 sutkadan artıqdır ki, Xankəndi blokadadadır. Azərbaycan cəmiyyətindən aksiyaya böyük dəstək var və növbəti qruplar da dəstək üçün həmin əraziyə üz tutublar. Azərbaycan ictimaiyyətinin səsi artıq Xankəndidə eşidilir. Görünür ki, aksiyalar hələ davam edəcək ki,  sülhməramlılar oraya   konteynerlər gətirib, yataqcaq yer  hazırlayır.  Bəs bunların nəticəsində Azərbaycana hansı təsirlərin ola bilər. Bundan sonrakı addımlarımız nə olacaq? 

Mövzu ilə bağlı  Sitat.info-ya danışan siyasi şərhçi, Ağ Partiya başqanının müavini Əhəd Məmmədli vurğuladı ki, baş verənlər çox önəmli hadisələrdir və artıq nəinki regionda, dünyada səs salan hadisələrdir: "Çoxdan bu yöndə addımlar atılmalıdır. Təbii ki, heç bir qarşı reaksiya verməməkdənsə, bu tədbirlər  daha yaxşıdır.  Fikrimcə bu davam etməlidir. Basqı olmalıdır. İstər Avropadan, istər Rusiyadan Azərbaycana qarşı erməni diasporası tam fəaliyyətdədir. Paşinyanın sözlərinə görə, guya oradakı ermənilərə qarşı genosid olacaq. Amma biz dayanmalı deyilik. 44 günlük müharibədə dayanmadığımız kimi. Xankəndiyə girmək lazımdır. Bayrağımız orada dalğalanmalıdır. Bütün bunların sonu Xankəndidə Azərbaycan bayrağının dalğalanması və Artsax adlı sərsəm bir qurumun tarixin zibilliyinə göndərilməsidir.Rəsmi Bakı bunu çox yaxşı başa düşür. ". 

Ə. Məmmədli vurğuladı ki, bu hadisə baş veribsə onun gedişatı da müzakirə olunub: "Müxtəlif aspektdən bu məsələdə Azərbaycana qarşı hansı addımları atılacağı da hesablanılıb. O ki qaldı QHT və jurnalistlər tərəfindən bu cür addım çox lazımlı bir hadisədir. Dövlətin danışmadığı və ya danışa bilmədiyi yerdə QHT-lər, mətbuat, partiyalar və digər qurumlar danışmalıdır. Bu bir siyasətdir və bu siyasətdən dövlətin mənfəəti üçün istifadə etmək lazımdır. Necə ki Ərdoğan özü deməyəcəyi sözləri Devlet Bahçelinin dili ilə deyir, Putin Jirinovskinin dili ilə deyirdi. Bu addımlar çox önəmlidir və düzgün addımlardır. Lakin bunlar davamlı olmalıdır ki, ən azından bizim ekoloqlar Xankəndinə gedib oradakı vəzifələrini yerinə yetirməlidirlər".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti