Bu aksiya Ermənistana da sərf edir - Tanınmış həkimdən MARAQLI TƏHLİL

17:27 13 Dekabr 2022

"Azərbaycan Ermənistanla sülh müqaviləsinin uzandığını anladı və beynəlxalq təzyiq qarşısında Qarabağın erməni əhalisi ilə dialoqa hazırlaşır. Lakin Qarabağda arayiklər və əli silahlı Ermənistan ordusu yerində ikən bu dialoq mümkün deyil. İndiki məqsəd qondarma qurumu dağıtmaq və silahlı erməniləri Qarabağdan qovmaq üçün Laçında nəzarət-buraxılış məntəqəsi qurmaqdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Laçın yolunda keçirilən aksiyanı şərh edən tanınmış həkim Vasif İsmayıl deyib. 

Zamex.az -da yeni fürsətlər... 

Onun sözlərinə görə, indiki ekoloji aksiya formatı bu məqsədə çatmaq üçün uyğun formatdır: "Qondarma qurum indiki vəziyyətdən necə qurtula bilər? Şuşadan yan keçməklə Qaybalı kəndindən Laçına yol çəkə bilərdilər. Doğrudur, bu yolu da bağlaya bilərik, ancaq bunun üçün mülki vətəndaşları deyil, ordu birliklərini istifadə etməliyik. Bu da yaxşı fikir deyil, demək ki. Ermənilər isə Qaybalıdna yol çəkə bilməyəcəklər. Niyə? Çünki indiki aksiya Azərbaycan, Ermənistan, Rusiya və Qərb dairələrinə sərf edir. Azərbaycana niyə sərf etdiyi məlumdur. Ermənistan Qarabağdan qurtulmaq istəyir. Ona görə də Qaybalı yolunun çəkilməsinə qəpik də verməyəcək".

V.İsmayılın fikrincə, Rusiyanın qarşısındakı tələb xoşuna gəlməsə də, sifətini qorumaq üçün yeganə ağlabatan yol budur: "Qərb isə güllə atılmadan Laçında Azərbaycan məntəqəsinin qurulmasına ikiəlli razı olacaq. Məncə indiki aksiya tərəflərin hamısı ilə ümumi çalarlarında razılaşdırılıb. Sadəcə Azərbaycan tərəfi ekoloji aksiya formatında davranmaqla hamıya sürpriz edib".

Məğrur, 

SİTAT.İNFO



Xəbər xətti