"Yenə gecikirik! Oraya xarici jurnalistləri dəvət etmək lazımdır" - Natiq Cəfərli

13:35 14 Dekabr 2022

"Sülhməramlılar Rusiyadan gələn əmrləri icra edirlər. Əgər Volkov aksiya iştirakçılarının qarşısına çıxmırsa, deməli hələ qərar yoxdur. Bu o deməkdir ki, rəsmi Bakı və rəsmi Moskva hələ bu məsələdə anlaşa bilmir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O vurğulayıb ki, anlaşma olsaydı Volkov gəlib bunu açıqlayardı, aksiya bitərdi və yol da açılardır: "Ancaq bunun əksinə olaraq  sülhməramlılar əlavə qüvvə cəlb edir, konteynerlər gətirirlər. Bu  "biz də geri çəkilməyəcəyik" mesajıdır. Göstərməyə çalışırlar ki, bizim güzəşt etmək fikrimiz yoxdur. Ancaq burada güzəşt etməli tərəf onlardır. Biz öz torpağımızda əliyalın şəkildə ərazimizə getməyə çalışırıq".

Zamex.az -da yeni fürsətlər... 

N.Cəfərli qeyd etdi ki, ermənilərin bu addımını dünyaya da göstərmək lazımdır və oraya xarici jurnalistləri dəvət etmək lazımdır: "Bu məsələdə ermənilərdən geri qalmaq olmaz. Azərbaycanın bu imkanları var, necə ki, 44 günlük savaş zamanı buraya gəlməyən qalmadı. Bir qrup bizim jurnalistlər, bir qrup da xarici jurnalistlər həmin monitorinq qrupu ilə birgə Xankəndiyə, faydalı qazıntı yataqları olan əraziyə getmək istəklərini bildirsinlər. Ermənilərin çalışdığı odur ki, Xankəndidə ermənilərlə azərbaycanlılar birgə yaşaya bilməz tezisini dünyaya bu günə qədər göstərdikləri şəkildə davam etdirsinlər. Bu hekayənin üzərindən göstərsinlər ki, orada ya status olmalıdır, ya da xüsusi qanunlar və sair olmalıdır, yoxsa türklər bizi qıracaq". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti