Putinin zəif və haqsız olduğunu etiraf etdi: Məhz bu səbəbdən...

15:23 14 Dekabr 2022

Rusiya prezidenti Vladimir Putinin geniş mətbuat konfransı keçirməməsinin əsas səbəbi Ukraynadakı işğalçı müharibədir. Putin hər il mətbuat konfransı keçirir və özünü elə göstərirdi ki, guya bütün suallara açıqdır. Tədbirə bəzən ukraynalı jurnalistləri, xarici ölkə nümayəndələrini də çağırırdılar və onlar da istədiklər sualları verə bilirdilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Putinin 10 ildən sonra ilk dəfə ilin son geniş mətbuat konfransını keçirməməsinə münasibət bildirərkən deyib: "Putin bilir ki, bu dəfə ağır suallar ola bilər. Yəni, işğal ilə bağlı ittiham sualları ola bilər və verəcəyi cavabın da fərqli izahları olacaq. Amma bu il  reytinqini qorumaq üçün, biabır olmamaq üçün  imtina etdi".

Zamex.az -da yeni fürsətlər... 

Politoloqun fikrincə, onun tərəfdarları  belə anlıyır ki, Putin mürəkkəb suallar qarşısında aciz qalmaq istəmir: " Əlbəttə, Putin hər bir suala cavab verə bilər , amma verəcəyi cavab nə qədər məntiqli və inandırıcı olacaq? Bunlar ciddi suallar yaradır. Amma mətbuat konfransının keçirilməməsi belə Putinin zəif və haqsız olduğunu göstərir".

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti