Qarabağdakı erməni əhalisi ilə danışıqlar aparılır, müəyyən nəticələr var" - Qabil Hüseynli

17:14 14 Dekabr 2022

Xankəndidə separatçı rejimin parlamentinin çağırışı ilə mitinq keçirilib. Azərbaycanın tərkib hissəsi olmaq istəmədiklərini bildirən ermənilər qondarma rejimin Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağını bildirən bəyənat qəbul ediblər.
Bununla bağlı politoloq Qabil Hüseynli SİTAT. İNFO-ya danışıb.

O bildirib ki, N. Paşinyan və onun komandasının üzvləri Azərbaycanın guya Xankəndidə soyqırıma hazırlanması barədə əsli olmayan faktlar əsasında qondarma fikirlər səsləndirirlər.

Politoloq vurğulayıb ki, Azərbaycan hakimiyyət orqanları tərəfindən əsla barbar hərəkətlərə yol verilə  bilməz:  "Azərbaycan mülki əhaliyə qarşı müharibə dövründə də, digər vaxtlarda da, hzaman qeyri - qanuni hərəkətlərə imza atmayıb. Cenevrə konvensiyasının müddəalarından kənara çıxmayıb. İndi də belə sülh yaratma prosesinin getdiyi bir vaxtda, Azərbaycanın sülh istədiyi bir vaxtda mülki əhaliyə qarşı hər hansı varvar hərəkət Azərbaycan hakimiyyət orqanları, onun ordu hissələri tərəfindən əsla törədilə bilməz."

O, həmçinin qeyd edib ki, Əsgəran və Ağdərə bölgəsində olan müəyyən əhali qrupları ilə təmas yaradılıb və müəyyən nəticələr var: "Lakin onların indi açıqlanması zəruri deyil. Biz Xankəndini dinc yolla ram etmək niyyətindəyik və bu istiqamətdə müəyyən işlər aparırıq. Xankəndidə olan, eləcə də, Əsgəran və Ağdərə bölgəsində olan əhalinin müəyyən qrupları ilə artıq təmas yaradılıb, müəyyən nəticələr var, lakin hələki onların açıqlanmasını zəruri hesab etmirik. Ancaq, müəyyən bir mərhələyə çatdıqdan sonra proseslərə hökumət dairələrinin  müəyyən siyasiləri də qatılacaq".

Politoloq Qabil Hüseynli son olaraq bunları  qeyd etdi :"Bu gün də yenə Laçın yolunda müxtəlif düzməcələr düzəldən həm erməni, həm  fransız dairələri, Rusiyanın özündəki mətbu orqanları "bir stəkan suda fırtına qoparmaqla məşğuldurlar. Xalq meydana çıxıb və öz torpağına sahib çıxmaq istəyir, bu da xalqın haqqı, hüququdur. Bu ölkənin vətəndaşları bunu etməyə tam icazəlidir".

Sevinc Cavadzadə,

Sİtat.info



Xəbər xətti