Bağırsaq Alzheimer xəstəliyi başlayanda beynimiz yediklərimizi həzm etməyi unudur və həzm edə bilmədiyimiz qidalar səbəbindən kökəlməyə başlayırıq. Yediklərimiz deyil, həzm edə bilmədiklərimiz bizi kökəldir. Bağırsaq Alzheimer xəstəsi həzm etməyi unutduğu üçün piylənir.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyəli həkim Fevzi Özgönül danışıb.
O qeyd edib ki, Alzheimer xəstəliyi yaddaş və düşünmə bacarıqlarını məhv edən və zamanla sadə funksiyaları yerinə yetirən degenerativ və inkişaaf edən bir xəstəlikdir: "Son illərdə "ikinci beynimiz" dediyimiz bağırsaqlarımızın Alzheimer kimi neyrodegenerativ xəstəliklərlə əlaqəli olduğunu göstərən çoxlu araşdırmalar var. Bağırsaq mikrobiotasının pisləşməsinin Alzheimer kimi bəzi xəstəliklərin irəliləməsinə və ya formalaşmasına səbəb ola biləcəyinə dair nəticələr kifayət qədər yüksəkdir.
Doktor qeyd edib ki, kökəlmənin də ən böyük səbəblərindən biri bağırsaqlardakı Alzheimer xəstəliyidir: "Alzheimerdə beyin ətrafındakı hadisələri xatırlamadığı kimi, ikinci beynimizin bağırsaqlarında da Alzheimer var, yəni yeməkləri xatırlamır və bir çox qidaları həzm edə bilmir. Davamlı olaraq bir növ yemək yeyirsinizsə, bağırsaqlarınız yediklərinizə öyrəşir və onların aktiv işi azalır. Beləliklə, yediyiniz çox yeməkləri həzm edə bilmirsiniz. Davamlı olaraq çörək, şirniyyat və xəmir tipli yeməklər və ya toyuq salatı, ton balığı salatı kimi praktik yeməkləri üçün uzun müddətdir yeyirsinizsə, əslində bağırsaqlarınızı tənbəlləşdirirsiniz. Beyninizi tapmaca, krasvord və sair oyunlarla məşq etdirdiyiniz kimi, bağırsaqlarınızın öz həqiqi funksiyasını yerinə yetirə bilməsi üçün məşq edin, yəni yediklərinizi həzm edin: Zeytun yağı, paxlalı bitkilər, şorbalar, ət yeməkləri kimi sağlam yeməklər yeyin. Salatlar, qazan yeməkləri yeyin, heç vaxt bir növ pəhriz yeməyi yeməyin. Unutqan bağırsaqlardan xilas olmaq üçün müxtəlif sağlam qidalar yemək önəmlidir.
Sevinc Cavadzadə,
SİTAT.İNFO