"Bu məsələdə ABŞ və Avropa İttifaqı da bizim tərəfdaşımızdır" - İlham İsmayıldan MARAQLI TƏHLİL

19:18 14 Dekabr 2022

"Ermənistan və Rusiya prosesi uzatmağa çalışır. Biz isə məsələni bitirməliyik. Burada bizim tərəfdaşlarımız da az deyil. Məsələn, Qərb bizim tərəfdaşımızdır. Burada Fransanı nəzərdə tutmuruq, ABŞ , Avropa Birliyi bizim tərəfdaşımızdır".

Sitat.info xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Onun sözlərinə görə, bəzi məqamlarda Avropa İttifaqı və ABŞ-ın mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür: "Dünən ermənilər Aİ-yə müraciət ediblər, konkret Şarl Mişelə üz tutublar ki, siz Ukrayna xalqının yanında olduğunuzu deyirsiniz, bəs Artsax xalqının yanında deyilsiniz? Şarl Mişel çox gözəl bilir ki, Qarabağda nə baş verir. Ona görə deyirəm ki, bizim tərəfdaşlarımız arasında Qərb də var. Elə başa düşülməsin ki, tək tərəfdaşımız Türkiyədir". 

İ.İsmayıl onu da əlavə edib ki, diplomatik məsələlərdə yenə də Türkiyə ilə koordinasiyalı hərəkət etməliyik: " Türkiyənin sözü, təkidləri keçərlidir. ona görə də birgə hərəkət etməliyik. Həm də Avropa İttifaqı ilə, ABŞ-la təmasları artırmalıyıq. ABŞ-da ayrı-ayrı konqresmenlərin çıxışları əsas deyil, əsas Amerika dövlətinin rəsmi mövqeyidir. O mövqe isə budur ki, tezliklə sülh müqaviləsi imzalansın, Rusiya Cənubi Qafqazdan çıxsın və buradakı təsiri azalsın. Biz bu məqamdan da yararlanmalıyıq. Bizim vətəndaş cəmiyyətinin keçirdiyi aksiyanı müsbət sonluqla bitirmək üçün bu istiqamətdə addım atmalıyıq. Biz ermənilərdən güzəşt istəmirik, öz beynəlxalq hüquqla tanınmış ərazilərimizə  keçmək istəyirik". 

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti