Türkiyədə 2023-cü il yanvarın 1-dən etibarən iki faizlik yaşayış vergisi tətbiq edilməyə başlanacaq.
SİTAT.İNFO BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, hotellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, qonaq evlərində və digər yerləşdirmə obyektlərində bilavasitə onların özləri tərəfindən yerləşdirməyə görə vergi tutulacaq.