"Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan vətəndaşlarını, əsgərlərini vəhşicəsinə qətlə yetirib kütləvi şəkildə basdırıblar, bəzən də diri-diri basdırıblar. Hazırda rəsmən itkin düşmüş şəxslər var ki, onlar haqqında nə Ermənistan tərəfi bir məlumat vermir, nə də Azərbaycan tərəfində əlavə informasiya var".
Sitat.info xəbər verir ki, bu sözləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Laf TV-nin efirində sülhməramlıların ekoloqları və dövlət qurumlarının nümayəndələrini niyə faydalı qazıntı yataqlarının monitorinqi üçün Xankəndiyə buraxmaması məsələsinə münasibət bildirərkən səsləndirib.
Zamex.az - Sizin sürətli vəm ucuz karqonuz..
.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda itkin düşmüş şəxslərin kimliyini müəyyənləşdirən faktlar çox azdır: "3 min vətəndaşın bu şəkildə yoxa çıxması mümkün deyil. Bunların haradasa dəfn edildiyi bir yer olmalıdır. Mən tamamilə bunu mümkün hesab edirəm ki, ermənilər yataqları istismar etdikcə, istismara yararsız yerlərdə Azərbaycan vətəndaşlarının öldürüb orada gizlədiblər, basdırıblar. Bu tamamilə mümkün məsələdir. Çox güman ki, rusların da bundan xəbəri var və mane olmağa çalışırlar".
Seymur,
SİTAT.İNFO