Nikol Paşinyan bir daha bəyan edib ki, Azərbaycan “Zəngəzur dəhlizi” xəyalı ilə vidalaşsa, yaxşıdır. Bu məsələ ilə bağlı Ermənistan nə yazılı, nə də şifahi şəkildə üzərinə heç bir öhdəlik götürməyib. Ermənistanın İrandakı səfiri Arsen Avagyan da “Tasnim” agentliyinə müsahibəsində eyni tezisləri səsləndirib...
Azərbaycan nə etməlidir?
Sitat.info xəbər verir ki, bu sualla bağlı açıqlama verən araşdırmaçı jurnalist Elbəyi Həsənli aşağıdakı variantları təklif edib:
"1) Laçın dəhlizi qapadılmalıdır.
2) Lars yolu qapadılmalıdır. (Bu yol Gürcüstan üzərindən Ermənistanı Rusiyaya birləşdirir. Lars Ermənistanın işğal etdiyi Azərbaycan ərazisindən keçir. Azərbaycan Ordusu həmin əraziləri sürətli hərbi əməliyyatla geri almalıdır)
3) Türkiyə bir daha bəyan etməlidir ki, Zəngəzur dəhlizi açılmadan rəsmi Ankara ilə rəsmi İrəvan arasında heç bir anlaşma əldə oluna bilməz. Türkiyə Ermənistanla danışıqları rəsmi şəkildə dayandırmalıdır".
Zamex.az - Sizin sürətli vəm ucuz karqonuz..
.
E.Həsənli qeyd edib ki, Türkiyədə prezident seçkisinin keçirilməsinə cəmi 6 ay vaxt qalıb: " Ermənistan Azərbaycanla sülh sazişi bağlamaq məsələsini 2 ilə yaxındır ki, məqsədli şəkildə uzadır. Ermənilər ümid edir ki, Tayyib Ərdoğanı Qərbə bağlı hansısa siyasətçi əvəz edəcək. Nəticədə Türkiyənin Azərbaycana dəstəyi azalacaq. Bundan istifadə edən Ermənistan beynəlxalq havadarlarının köməyi ilə Dağlıq Qarabağa yüksək status alacaq. “Zəngəzur dəhlizi” tələbi də gündəmdən çıxacaq. Ümumiyyətlə, Ermənistan müdafiədən hücuma keçmək üçün fürsət qazanacaq...
Jurnalist hesab edir ki, Azərbaycan tərəfi bu işin süni şəkildə uzadılmasına imkan verməməliydi: "Nə qədər gec deyil, Ermənistana qarşı bütün parametrlər üzrə təzyiqləri gücləndirmək lazımdır".
Seymur,
SİTAT.İNFO