Azərbaycanda gələn il bütün növ pensiyalar indeksləşdirilərək artırılcaq.
SİTAT.İNFO xəbər verir ki, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev səsləndirib.
Onun sözlərinə görə, hər ilin əvvəlində pensiyaların sığorta hissəsi indeksləşdirilir ki, bu da əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının faizinə uyğun müəyyənləşdirilir:
"Üç növ pensiya var: Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar. Bunlar hər biri 15 faiz indeksləşdirilərək artırılacaq. Respublika üzrə orta aylıq pensiya 371 manatdır. Gələn isə bu təxminən 425 manata çatdırılacaq. Yaşa görə pensiayanın orta məbləği hazırda 399 manatdır. Gələn isə 455 manata çatdırılacaq. Hazırda ailə başçısını itirməyə görə penssiyanın orta məbləği 328 manatdır. Gələn il isə 374 manata çatdırılacaq".