"Böyük miqyaslı hərbi əməliyyatların bərpasını gözləmirəm. İndi o bölgədə hərbi potensial tam şəkildə Azərbaycan tərərfindədir. Ona görə ki, Azərbaycan və Türkiyə hərbi müttəfiqdilər. Ermənilər bizim hərbi təhlükəsizliyimizə təhdid yaratmaq iqtidarında deyillər. Ruslar indiki mərhələdə Ermənistana yardımçı ola bilməz. Ukrayna hadisələri onu göstərir ki, indi Rusiya kiməsə yardım edəcək vəziyyətdə deyil, Fransa isə uzaqdadır".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Tofiq Zülfüqarov Müsavat TV-nin efirində səsləndirib.
O vurğulayıb ki, ermənilər öz siyasi planlarını mərhələ-mərhələ həyata keçirmək üçün həmişə olduğu kimi hansısa təxribata əl ata bilərlər: " Təxribat edib özlərini qurban kimi göstərmək, nbunun əsasında qurban imicini dünyaya göstərmək, daha sonra beynəlxalq qurumlardan bu məsələyə müdaxilə etmələrini istəmək onların tərzidir. Buna görə də, təxribat ehtimalı gözləniləndir.
Ermənilər münaqişə dövründə həmişə belə yollara əl atıblar. Amma indi fərqlər var, orada fəaliyyət göstərən müşahidə missiyası təhlükəsizliyi təmin etmək üçün daima o bölgəni nəzarət altında saxlayır. Biz bölgəni çox ciddi nəzarətə götürməliyik. Texniki vasitələrdən istifadə edib təxribatın mahiyyətini və iştirakçılarını sübutlarla göstərməliyik".
Politoloq hazırda bu istiqamətdə iş aparıldığını da vurğuladı: "Bu yaxınlarda Azərbaycan Müdafiə Nazirliyi də açıqlama verdi ki, bu bölgəyə nəzarəti gücləndirmək üçün Azərbqaycan ordusu xüsusi tədbirlər görür. Biz düşmənlərə ismarıc göndərdik ki, sizin təxribatlarınızı istənilən zaman ortaya çıxartmağa hazırıq. Monitorinq missiyasındakı türk hərbçiləri də bu məsələdə bizə yardımçı ola bilərlər".
Məğrur,
SİTAT.İNFO