"Hələ belə aksiyaların nəticə verməsi üçün tezdir. Aksiyalar davamlı, daha uzunmüddətli və daha kütləvi olmalıdır. Bildiyiniz kimi, aksiya iştirakçılarımızın tələbləri dəyişdi və daha da sərtləşdi. Əgər rus sülhməramlıları bugünki şərtlərlə razılaşmasalar şərtlər daha da ağırlaşacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
Onun fikrincə, əvvəl-axır rus sülhməramlıları bu tələbləri icra etmək məcburiyyətində qalacaqlar: " Çünki başqa yolları qalmayacaq. Dövlətin müdaxiləsi ancaq bir formada ola bilər ki, oraya xüsusi silahlı birləşmələr göndərilsin, orada anti-terror əməliyyatları keçirilsin. Bu da son addımdır. Əgər dinc aksiyalar nəticə verməsə, biz anti-terror əməliyyatlarını başlada bilərik".
Partiya sədri hesab edir ki, artıq o zaman bunun üçün beynəlxalq aləmdə rəy də yaranacaq, hüquqi əsas da yaranacaq: " Ruslar da bilməlidir ki, əgər bu aksiyalardan nəticə çıxararaq bizim tələblərimizi icra etməyəcəklərsə, növbəti mərhələ Azərbaycan Ordusunun atacağı addımlar olacaq".
Nərgiz,
Sitat.info