Bu layihə Türkiyə ilə Azərbaycana nəhəng gəlirlər gətirəcək - Sərdar Cəlaloğlu

19:35 16 Dekabr 2022

"Dünyada əksər  birliklərin əsası iqtisadiyyata bağlıdır. İqtisadiyyatın üzərində siyasət qurulur, iqtisadiyyatın üzərində beynəlxalq münasibətlər təşkil olunur. Ona görə də Türk Dövlətləri Təşkilatında iqtisadi əlaqələrin inkişaf etdirilməsi həm də siyasi münasibətlərin inkişafını şərtləndirir".

Bu fikirləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O, vurğulayıb ki, ortaq enerji layihələri tərəflərin hər birinə faydalı olacaq: "Ona görə də, Orta Asiya neft və qaz yataqlarının Azərbaycan  və Türkiyə üzərindən Avropaya çatdırılması həm bu dövlətlərin inkişafına səbəb olacaq, həm də Türkiyə ilə Azərbaycana nəhəng gəlirlər gətirəcək". 

S.Cəlaloğlu hesab edir ki, bu iqtisadi əlaqələr alt yapı rolunu oynayır və bütün dövlətlərin maraqlarına uyğundur: "Türk Dövlətləri Təşkilatının inkişafı üçün bunlar vacib məsələlərdir. Sonrakı mərhələdə hərbi əməkdaşlıq, hərbi təhlükəsizlik, eləcə də xarici siyasətin uyğunlaşdırılması və sair kimi addımlar atılacaq". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti