Ucar rayonunun Qaracallı kəndində yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.
Xezerxeber.az xəbər verir ki, toy şənliyi dekabrın 17-də təşkil edilib.
Kənd sakini 16 yaşlı qız həmkəndlisi Qəribxan Lətifova ərə verilib.
Bir həftə əvvəl isə cütlüyün qız toyu olub.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.