Çində kritik vəziyyət - İlk dəfə xaricdən peyvənd alır

15:29 22 Dekabr 2022

Çində Covid-19 tədbirlərinin yumşaldılmasından sonra ölkədə yoluxmaların sayı yenidən artır. Epidemiya başlayandan bəri yerli istehsal olan Sinovac peyvəndini istifadə edən Çin, ilk dəfə başqa ölkədən Covid-19  peyvəndini qəbul edib. 

Sitat.info xəbər verir ki, Almaniya hökumət rəsmiləri tərəfindən verilən açıqlamada, Almaniyanın biotexnologiya şirkəti BioNTech və ABŞ-ın dərman şirkəti Pfizer ilə əməkdaşlıqda istehsal edilən BioNTech-Pfizer peyvəndlərinin Çinə göndərildiyi qeyd edilib. 

Qeyd olunub ki, ilk dəfə Almaniya vətəndaşları üçün göndərilən peyvəndlər artıq Çin vətəndaşları üçün də istifadə oluna bilər.  Çində təxminən 20 min Almaniya vətəndaşının olduğu məlumdur.

 Xatırladaq ki, Almaniya kansleri Olaf Şolz keçən ay Çinə səfər edib və Çin prezidenti Si Cinpin və Çinin baş naziri Li Keqianqla görüşüb. Bir çox mövzunun müzakirə olunduğu görüşlərdə Scholzun nümayəndə heyətini Almaniyanın biotexnologiya şirkəti BioNTech-in qurucu ortağı Prof. Dr. Uğur Şahin də iştirak edib.

Şahinin Çin səfərini müşayiət etməsi BionTech peyvəndlərinin Çində istifadəsi ilə bağlı razılaşmanın mümkünlüyünü də gündəmə gətirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti