Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibədə ümumilikdə 25 azərbaycanlı həlak olub, 52 nəfər isə itkin düşmüş sayılır.
Bu barədə Report-un Şərqi Avropa bürosunun apardığı araşdırma nəticəsində məlum olub.
Bu il fevralın 24-dən indiyə qədər həlak olmuş mülki azərbaycanlıların əksəriyyəti uzun illərdir Ukraynada yaşayan şəxslərdir. İtkin düşənlərin bir çoxu isə Ukraynanın Mariupol şəhərinə təsadüf edir. Belə ki, mart və aprel aylarında şəhərə Rusiya tərəfindən ağır hücumlar zamanı 15 azərbaycanlı itkin düşüb.