Çavuşoğlu Talibana səsləndi: "Bu qərarınızı rədd edirik"

15:08 23 Dekabr 2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Taliban rəhbərliyini qız tələbələrlə bağlı qərarından əl çəkməyə çağırıb.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki,  Çavuşoğlu bu qərarı "ciddi narahatlıq mənbəyi" adlandırıb. 

 "Qız tələbələrin təhsil almasına qadağa qoyulması bizi çox kədərləndirdi. Bu qadağa nə islami, nə də insanidir. Biz bu qərarı rədd edirik.“Biz Talibanın bu qərardan əl çəkməsini gözləyirik və biz əfqan qardaşlarımıza təhsil və təqaüd verməyə davam edəcəyik” -deyə Çavuşoğlu Əfqanıstanda qız tələbələrə tətbiq edilən təhsil qadağası ilə bağlı danışıb.

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

Çavuşoğlu əlavə edib ki, Türkiyə qız tələbələrin təhsilinə qoyulan qadağaya görə çox narahatdır: "Bu, ciddi narahatlıq doğurur. Biz əvvəldən talibanla tanınmadan əlaqə saxlamağı müdafiə etmişik. Əfqanıstanın sabitliyi və təhlükəsizliyi vacibdir. Digər tərəfdən, eyni məsləhəti Talibana da təkrarladıq. İnklüziv olun, inklüziv hökumət qurun ki, heç kim kənarda qalmasın. Biz də qadın hüquqları və təhsili ilə bağlı fikirlərimizi bölüşdük.  Bu qərarı rədd edirik. Qadın təhsilinin Əfqanıstana nə ziyanı var? Bəs bu qadağanın nə faydası var? Məntiqi izahat verin. Dinimiz İslam təhsilin əleyhinə deyil, əksinə, təhsili dəstəkləyir. Biz gözləyirik ki, Taliban bu qərardan əl çəksin. Türkiyə olaraq əfqan qardaşlarımıza təhsil və təqaüd verməyə davam edəcəyik... Ümid edirəm ki, bu qərardan əl çəkərlər”.

Nərgiz,

Sitat.info



Xəbər xətti