Odessadan son xəbərlər, azərbaycanlıların acınacaqları KÖÇÜ

16:22 2 Mart 2022

Ukrayna-Rusiya müharibəsinin qaynar nöqtəsi olacağı gözlənilən Odessa şəhərində hələlik sakitlik olsa da, şəhərdə yaşayan azərbaycanlılar təxliyə işləri üçün hazırlıq görürlər. 

Həmvətənlərimizin verdiyi xəbərə görə, Odessada yaşayan azərbaycanlı ailələrin hamısı dispor təşkilatı tərəfindən siyahıya alınıb, səfərbər edilib, qocalar, qadınlar və uşaqlar yaxın vaxtlarda şəhərdən çıxarılaraq təhlüksiz yerlərə yerləşdiriləcəklər. "Hərbi mükəlləfiyyətli kişilər üçün təxliyə onların istəyindən asılıdır, istəsələr, şəhərdə qalacaqlar, istəməsələr, onlar da ailələri ilə birlikdə gedəcəklər", - deyə Musavat.com-a verilən xəbərdə bildirilir. 

Onu da qeyd edək ki, Odessa meri Gennadi Truxanov odessalıların son dəqiqəyə qədər müharibənin baş verəcəyinə inanmadıqlarını, lakin aillələrini qorumağa hazır olduqlaırnı söyləyib.

Truxanov deyib ki, onlar şəhərin işğal olunmasına yol verməyəcəklər: "Biz RF Silahlı qüvvələrini buraya çağırmadıq və onları Odessada gözləyənlər də yoxdur”.(musavat.com)



Xəbər xətti