Əyləncə və ticarət mərkəzi olan "Aygün City"-də uşaq əyləncə məkanlarının, atraksion və oyun qurğularınən qiyməti bahalaşıb.
Sitat.info-nun əməkdaşı yazır ki, mərkəzə gələnlər sürprizlə qarşılaşıb.
Belə ki, 1 manata olan uşaq atrkasionları 2 manata qaldırılıb.
Mərkəzdə yerləşən restoranlarda da bahalaşma müşahidə olunur. "Kartof free" adlanan qızardılmış kartofun ən balaca porsiyası 4 manata təklif olunur. Sadə çay isə 6 manat olub.
Qiymətlərin bu cür ikiqat artımı bayram ərəfəsində tələbatın çoxalması ilə əlaqəlidir. İnsanların bayramda uşaqları əyləndirmək məqsədilə kütləvi üz tutduğu məkanlardan biri olan bu AVM fürsəti bada verməmək üçün belə bir addım atıb. Xidmətlərin maya dəyərində heç nə dəyişməsə qiyməti ikiqat artıran şirkət bu süni bahalaşma ilə müştəri məmnuniyyətini də itirmiş olub.
Belə ki, əylənməyə gələn ailələr də qiymətlərdən narazılıqlarını bildiriblər.
Səid İsaoğlu,
Fotolar müəllifindir