Almaniyanın məşhur virusoloqlarından biri olan Kristian Drosten koronavirusun artıq planet miqyasında yayılan epidemiya olmadığını və endemik kimi müalicə edilməli olduğunu bildirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bunun üzərinə Almaniyanın ədliyyə naziri Marko Buşman epidemiya zamanı ən ehtiyatlı açıqlamalar verən alimin Drosten olduğunu vurğulayaraq, ölkə daxilində bütün pandemiya məhdudiyyətlərinin aradan qaldırılmasına çağırıb.
Digər tərəfdən, koronavirusun ilk ortaya çıxdığı Çin hökuməti "sıfır karantin" siyasətini yumşaltmaq üçün yeni bir qərar verib.
Yeni qaydalar çərçivəsində koronavirusun “A sinfi yoluxucu xəstəliklər”dən çıxarılaraq “B sinfi”nə daxil edildiyi və 5 günlük karantin tətbiqinin yanvarın 8-dən etibarən dayandırılacağı açıqlanıb.
Qeyd edək ki, Azərbaycanda karantinlə bağlı ən ciddi problemlərdən biri quru sərhədlərinin hələ də bağlı qalmasıdır. Bəs görəsən hökumət dünyada gedən prosesləri nəzərə alaraq, quru sərhədlərini nə zaman açmağa qərar verəcək?
Nərgiz,
Sitat.info