Talıbov Naxçıvanda elektron sənədləşmənin qarşısını alıb, rüşvət mexanizmi qurubmuş

18:02 28 Dekabr 2022

 Naxçıvandakı elektron sənədləşmə məsələsi bərbad vəziyyətdədir. 

Sitat.info xəbər verir ki, bu barədə jurnalist Elmar Hüseynov sosial şəbəkədə yazıb. 

Onun  sözlərinə görə, Vasif Talıbov istibdadından Naxçıvanı tərk edən və illərdir Bakıda və ölkənin başqa rayonlarında yaşayan, ancaq Naxçıvan qeydiyyatında olanlar sənəd məsələsində zülm çəkirlər: " Əgər kimsə hər hansı bir idarə və ya müəssisəyə təcili bir sənəd təqdim etməlidirsə, onda o adamın vəziyyəti həm ağlamalı, həm də gülməli olacaq.

Çünki Naxçıvan rəhbərliyi tərəfindən bilərəkdən sənədlərin elektronlaşdırılmasının qarşısı alınıb. Əsas məqsəd isə rüşvətxorluğa və korrupsiyaya rəvac vermək olub. İndi də hər bir Naxçıvan qeydiyyatında olan şəxsin Naxçıvandan sənəd alması zülmdür. Çünki hələ də sənəd verən orqanlarda Vasıf Talıbovun təyin etdiyi yozlaşmış və korrupsiyaya bulaşmış məmurlar dayanıb. İnsanlarla elə danışırlar ki, sanki bütün bəşəriyyət onlara borcludur. Bütün bu əsəbi halları yaşamamaq üçün orada ailəmizin adına olan hər şeyi adımızdan çıxartdırdıq.

 E.Hüseynov  Fuad Nəcəfliyə müraciətlə yazıb ki, hazırda Naxçıvan Muxtar Respublikasının məşğulluq mərkəzlərindən elektron qaydada sənəd almaq mümkün deyil: " Hələ də bu qurum orta əsrlər dövründən ayıla bilməyib. Məsələ təkcə Məşğulluq Mərkəzlərindən sənəd almaqla yekunlaşmır. Şəxsiyyət vəsiqəsi, əmlakla bağlı, vergi ilə bağlı və bu kimi sənədləri əldə etmək üçün qarşına şərt qoyulur ki, yol pulunun olub-olmamasından asılı olmayaraq mütləq Naxçıvana getməlisən və yaxud orda hansısa qohumuna və ya yaxınına etibarnamə verməlisən ki, sənin sənədlərini ala bilsin. Vasif Talıbov Naxçıvanı şəxsi xanlığı etməklə və əhalini bu kimi məsələlərdə incitməklə naxçıvanlıları təkcə Naxçıvandan didərgin salmadı, həm də Naxçıvanda bu gün Gün işığına çıxan cinayətləri törətdi. 

Jurnalist xahiş edib ki, yeni rəhbərlik bu məsələləri nəzərdə saxlasın və tezliklə sənədlərin elektronlaşdırılması məsələsinin həllini tapmasına tövhə versin. 

Məğrur, 

Sitat.info



Xəbər xətti