Öskürək dərmanından 18 uşaq öldü: satışı qadağan edildi

19:11 29 Dekabr 2022

Özbəkistanda 18 uşağın ölümü ilə əlaqədar hind öskürək siropunun istehsalı dayandırılıb
Sitat.info xəbər verir ki,  Özbəkistanda 18 uşağın ölümü ilə əlaqəli olduğu ortaya çıxan Hindistanın “Marion Biotech” şirkətinin istehsal etdiyi  “Dok-1 Max” adlı öskürək siropunun istehsalı dayandırılıb.

Uttar Pradeş ştatında Mərkəzi Əczaçılıq Standartlarına Nəzarət Təşkilatının (CDSCO) qrupları Marion Biotech şirkətinin ofisində yoxlamaya başlayıb.

Yoxlamaları başlasa da, şirkətin bütün qanuni icazələrə sahib olduğunu deyilir. Marion Biotech-in vəkili Hasan Harris şirkətin 10 ildir fəaliyyət göstərdiyini, məsələni dərindən araşdıracaqlarını və istehsalın dayandırıldığını açıqlayıb.

Qeyd olunur ki, şirkət Hindistanda “Doc-1 Max” şərbətini satmır və yalnız Özbəkistana ixrac olunur.

Özbəkistan Səhiyyə Nazirliyi “Doc-1 Max” öskürək siropundan istifadə edən 18 uşağın öldüyünü iddia edib.

Sevinc,

SİTAT.İNFO



Xəbər xətti