Rusiya qırıcıları İsveç hava məkanına daxil olub.
Bu barədə İsveçin Müdafiə Nazirliyi məlumat verib.
"Rusiyanın 4 döyüş təyyarələri (SU-27 və SU-24) İsveçin hava məkanını pozub. Mövcud vəziyyəti nəzərə alsaq, hadisəyə çox ciddi yanaşırıq. Bu, Rusiyanın qeyri-peşəkar və məsuliyyətsiz hərəkətidir”, -deyə məlumatda bildirilib.