Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı partlayışda ölən şəxsin fotosu sosial şəbəkələrdə yayılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Hadisədə həyatını itirən şəxs polis nəfəri Məhəmməd Babayev olub. O polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib. Mərhumun yeni ailə qurduğu bildirilir.
BAKU.WS sosial şəbəkələrdə yayılan mərhumun fotosunu təqdim edir: