Yeni Günəşli və Köhnə Günəşli qəsəbələrinə gedən magistral yolun bir hissəsini kəsərək, qəbristanlığa birləşdiriblər.
Əvvəlcə "sürüşmənin qarşısını alırıq" adı altında istinad divarları inşa etməyə başladılar. Yeni salınan asfalt yolu qazdılar, bərbad vəziyyətə saldılar.
Nəqliyyatın yolunu daraltdılar. İndi də həmin istinad divarlarının arxasında yeni qəbr yerləri salınır.
Məlumata göprə, bu ərazidə qəbr yerləri 8-12 min manata satılır. Görünür, aidiyyatı qurumların burada maraqları var.
Yol daraldıqdan sonra həmin istiqamətdə tıxaclar da artıb. Axşam saatlarında Günəşli isqtiqamətində hərəkət edən avtomobillərin bir ucu "Xalqlar Dostluğu" körpüsünə kimi uzanır.
Bu tıxaclar bəzən 30 dəqiqəyə kimi davam edir.
Sürücülər bu məsələdə Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Agentliyi məsuliyyət daşıdığını bildirirlər.
Bildirirlər ki, yola nəzarət edən qurum niyə buna göz yumur.
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Məğrur,
Sitat.info