Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin rəhbəri, Vasif Talıvobun qaynanası Sənufər Sultanovanın işdən çıxarılması ilə bağlı xəbər yayıldı.
Bu gün Sitat TV-nin efirində qonaq olan ADP sədri Sərdar Cəlaloğlu bu haqda danışarkən maraqlı bir faktı açıqladı. O vurğuladı ki, Sənufər Sultanova uzun illər orada çalışıb və hətta partiya sədri ailə qurarkən onun nigahını da Talıbovun qaynanası qeydə alıb.
"Vasif Talıbovun qaynanası zaks şöbəsində işləyirdi. Mənim də o vaxt kəbinimi kəsmişdi. Gəlirli yer olduğu üçün Vasif Talıbov onu təyin etmişdi.
90 yaşı var, hələ də ortada işləyirdi. Ümumiyyətə, Talıbov öz yaxın adamlarını gəlirli yerlərə təyin etmişdi. Naxçıvanda bütün zaks məsələlərinə onlar baxırdılar və buna görə pul alırdılar".
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin...